• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1307
— 19.04.2019 16:04

Qaz və işıq problemlərinin həlli üçün işçi qrupu yaradıldı

KepezTV Player

BU arada əhalinin qaz və işıq problemlərinin həlli məqsədi ilə İşçi Qrupu yaradılıb. Belə ki, vətəndaşların qaz və elektrik enerjisi təchizatı üzrə şikayətlərinin araşdırılması və problemlərin operativ həlli ilə bağlı Energetika Nazirliyində müzakirələr aparılıb. Energetika nazirinin müavini Elnur Soltanovun rəhbərliyi ilə yaradılan qrupa müvafiq müraciətlər üzrə təhlillərin və yerlərdə araşdırmaların aparılması, kompleks yanaşma əsasında problemi şərtləndirən amillərin aşkarlanması və tədbir görülməsi ilə bağlı tapşırıqlar verilib.