• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1100
— 19.04.2019 16:17

Gəncə Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə turnir keçirilib

KepezTV Player

Gəncə Avropanın İdman Şəhəri adı altında reallaşan yarış torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan vətən övladlarının əziz xatirəsinə həsr olunub. Elə birinciliyin açılış mərasimində çıxış edən natiqlər qəhrəman oğulların adlarının əbədiləşdirilməsi istiqamətində bu cür turnirlərin əhəmiyyətindən bəhs ediblər. Onların keçdiyi döyüş yolunun, vətən sevgisinin bu gün gənc nəsil üçün örnək olduğu qeyd olunub. Çıxışlardan sonra yarışa start verilib. Açıq xarakter daşıyan turnirdə Gəncə idmançıları ilə yanaşı, Bakı, Qazax, Lənkəran, Yevlax, Tərtər, Mingəçevir, eləcə də digər şəhər və rayonların güləşçiləri qüvvəsini sınayıb. Medallar uğrunda uşaq və yeniyetmələr arasında müxtəlif çəkilərdə ümumilikdə 100-dən çox pəhləvan xalça üzərinə çıxıb.  

 

Azad Rəfi