• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1322
— 19.04.2019 12:09

Tələbələr xarici dillərdə məruzələr etdi

KepezTV Player

Gəncədə ali məktəblərdə təhsil alan tələbələrin xarici dil bacarıqları yoxlanılıb. Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən konfransa Gəncə Dövlət və Azərbaycan Texnologiya universitetlərindən də olmaqla ümumilikdə 77 bakalavr və magistrant qatılıb. “İlham Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusundə baş tutan tədbirdə tələbələrin xarici dillərə olan marağını artırmaq, bu istiqamətdə imkanlarını yoxlamaq və gənclərin hərtərəfli dünyagörüşünə malik fərd olaraq formalaşmasına nail olmaqdır. Gənclərin, xüsusən də gənc alimlərin xarici dilləri bilməsinin vacibliyinə toxunulan konfransda ingilis, rus, alman və fransız dillərində məruzələr dinlənilib, iştirakçılara sertifikatlar təqdim olunub.