• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1337
— 17.04.2019 12:07

Qida sahəsində sahibkarların qeydiyyatı onlayn aparılacaq

KepezTV Player

Qida Təhlükəsizliyi Agentliyi mayın 1-dən etibarən qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatını və reyestrə daxil edilməsini onlayn qaydada həyata keçirəcək. Bu məqsədlə Agentlikdə Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi hazırlanıb və proqram təminatı hazırda test rejimdə fəaliyyət göstərir. Elektron sistem vasitəsi ilə qida təhlükəsizliyi qeydiyyatından keçmək istəyən sahibkarlar müvafiq idarəyə gəlmədən, Agentliyin rəsmi internet saytına daxil olub onlayn qeydiyyat üçün müraciət edəcəklər. Sistemə giriş ASAN İmza, Elektron imza və FİN kod vasitəsilə həyata keçiriləcək. Həmçinin sahibkarlar banka getmədən müvafiq dövlət rüsumlarını da şəxsi kabinet vasitəsi ilə ödəmək imkanı əldə edəcəklər. Müraciətə uyğun olaraq müvafiq iş axını Agentlik tərəfindən həyata keçiriləcək və sahibkarın şəxsi kabinetinə bildiriş göndəriləcək.