• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1560
— 12.04.2019 16:02

“Kəpəz” uduzdu

KepezTV Player

Futbol üzrə Azərbaycan I Divizionunda XXII turun oyunları keçirilir. Turun ilk oyun günündə “Kəpəz” səfərdə “Şüvəlan” ilə qarşılaşıb.

Son 3 turda məğlubiyyət üzü görməyən Gəncə klubu uğurlu seriyanı davam etdirmək üçün  Bakıda da sərfəli nəticə qazanmaq ümidi ilə meydana çıxıb. Qazanılacaq növbəti xal və xallar “sarı-göylər”i turnir cədvəlində bir pilləyə yuxarı daşıya bilərdi. Amma gəncəlilərin arzusu həyata keçməyib. 16-cı dəqiqədə son müdafiəçi və qolkiperin inamsız oyunu Tural Qürbətovun sabiq klubunun qapısına yol tapması ilə yekunlaşıb.

Hissənin sonlarına doğru “Kəpəz” qapısında daha iki qol görüb. Əvvəlcə Kənan Allahverdiyev rəqibə qarşı kobud oyunu 11 metrlik cərimə zərbəsi ilə nəticələnib. Topun arxasına keçən Akif Tağıyev hədəfdən yayınmayıb. İlk yarının əsas vaxtına arıtırlan 4-cü dəqiqədə isə qonaqlar 3-cü qola üzülüblər. Murtazəli Abakarov növbəti məhsuldar vuruşla qapıçını və onun komanda yoldaşlarını məyus edib.

Qonaqlar fasilədən sonra oyunu xilas etməyə çalışıblar. Amma Şüvəlanın müdafiə xəttini yarıb çərçivəyə dəqiq zərbə endirmək mümkün olmayıb. Görüşün sonlarına yaxın meydan sahibləri 4-cü qol vurmaqla Gəncə komandasının böyük hesablı məğlubiyyətini rəsmiləşdiriblər. Kənan Mirzəliyev fərqlənib - 4:0.

 

Azad Rəfi