• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 772
— 09.04.2019 19:33

Gəncədə cüdoçular üçün master-klass keçirilib

KepezTV Player

Gəncə Olimpiya İdman Klubunda növbəti dəfə cüdo bölməsinin üzvləri üçün master-klass təşkil olunub. Klubun yetirmələrinə yenə tanınmış tatami ustaları ustad dərsləri keçib.

Müxtəlif yaş qruplarını əhatə edən 50-dən çox uşaq və yeniyetmə cüdoçuyla görüşə Azərbaycanı dünya, Avropa və Olimpiya oyunları kimi nüfuzlu yarışlarda layiqincə təmsil edən Rüstəm Orucov və Nicat Şıxəlizadə gəlib.

2 saatdan çox davam edən məşğələdə Rüstəm Orucovla Nicat Şıxəlizadə illərlə yığdıqları təcrübəni master-klass iştirakçıları ilə bölüşüblər. Onlar öz şah fəndlərini göstərməklə, bacarıqlarını nümayiş etdirib, fəndlərin dəqiq yerinə yetirilməsi üçün tövsiyələrini veriblər. Azyaşlılar da təcrübəli həmkarlarının hərəkətlərini təkrarlayaraq, göstərilən fəndləri mənimsəməyə çalışıblar.

Sevimli idmançılarını yaxından canlı görmək, eyni tatamini bölüşmək və  onlardan bilmədiklərini öyrənmək uşaqlar üçün hər zaman ələ düşməyən fürsət olub.

Qeyd edək ki, Gəncə Olimpiya İdman Klubu tərəfindən yerli cüdoçuların bilik və bacarığının artırılması və bu diamn növünün inkişafına dəstək verilməsi məqsədilə tanınmış idmançıların Nizami yurduna dəvəti artıq ənənəvi xarakter alıb. Belə ki, bundan öncə ustad dərsləri üçün Orxan Səfərov və gürcüstanlı Beka Qiviniaşvili Gəncədə olub.

 

Azad Rəfi