• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 732
— 08.04.2019 16:13

"Hamlet" Gəncə teatrında

KepezTV Player

Gəncə Dövlət Dram Teatrının səhnəsində ilk dəfə olaraq məşhur ingilis dramaturqu Uilyam Şekspirin “Hamlet” faciəsi oynanılacaq. Artıq iki aya yaxındır məşqləri gedən tamaşa yeni quruluşda kriminal-melodramma janrında təqdim olunacaq. Tamaşanın quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu rəssamı isə Mirzə Mehdidir. Tamaşada Gəncə Dövlət Dram Teatrının aparıcı aktyorları xalq artistləri Pərvanə Qurbanova, Alim Məmmədov, əməkdar artistlər İlham Hüseynov, Sevda Orucova, eləcə də gənc aktyorlar Murad Meyfəliyev, Sevinc Hüseynova rol alıb. Gəncədə aprelin sonunda premyerası olaraq tamaşanın daha sonra paytaxt Bakıda da nümayişi olacaq. Tamaşanın gələcəkdə xarici ölkələrdə keçiriləcək festivallarda da oynanılacağı nəzərdə tutulur.

İradə Gözəlova - quruluşçu rejissor: İndiki cavanlar üçün, müasir insanlar üçün baxımlı olacaq.Biz Şekspirin o dövrünü götürmədik, onu sintez elədik. Müasir dövr, o dövr. Bu kriminal miladramdır. Əgər Şekspirdə kralların, kraliçaların həyətindən bəhz edirdisə biz isə kriminal ailədən bəhz edirik.

Murad Meyfəliyev - aktyor: İradə xanımın etimadını doğrultduğum üçün ən ağır obrazı mənə verdi. Tamaşaçılarım fikri daha önəmlidir ancaq mənə elə gəlir ki, yeni janrda tamam başqadır.

İlham Hüseynov - Əməkdar artist: Mənim oynadığım Klavdi rolunu çox böyük aktyorlar oynayıb. Təbii ki, mən özümdən nə isa ştiriq, nə isə bir söz deməliyəm.Amma bu çox qorxuludur, deyə biləcəmmi? Bu çox çətindi.

 

Elnur Vahidoğlu