• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 694
— 08.04.2019 16:15

Ağacəkmə aksiyası baş tutub

KepezTV Player

Azərbaycanın 10 milyonuncu vətəndaşının anadan olması münasibətilə Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib. Şəhərin müxtəlif ərazilərində, park və xiyabanlarında, o cümlədən Heydər Əliyev Park Kompleksində reallaşan aksiya zamanı, ümumilikdə 10 mindən artıq ağac və gül kolları əkilib. Aksiyada 2000 nəfərdən artıq insan iştirak edib. Əkilən ağaclara qulluq Şəhər Yaşıllaşdırma idarəsi tərəfindən həyata keçiriləcək.