• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 695
— 08.04.2019 12:30

Bölgələrdə bayram abu havası yaşanır

KepezTV Player

10 milyonuncu vətəndaşın dünyaya gəlməsi Azərbaycanın bölgələrində də bayram ab-havası yaradıb. Konsert proqramları, tədbirlər belə deməyə əsas verir.

Şəmkirdə Azərbaycanda əhalinin sayının 10 milyon nəfərə çatması ölkədə sosial-iqtisadi islahatların demoqrafik vəziyyətdə təzahürü kimi qiymətləndirilib. Ölkə əhalisinin artım tempi insanların həyat şəraitinin yaxşılaşmasının göstəricisi kimi qeyd edilib. Rayonda da ilbəil eyni tendensiyanın davam etdiyi, icra edilən iri layihələrin minlərlə iş yerlərnin açılmasına səbəb olduğu vurğulanıb. Maşahidə edilən artım tempi tək rayon mərkəzini deyil, kənd və qəsəbələri də əhatə edir. Tədbirdə səsləndirilən şən mahnılar xalqımızı birliyə və həmrəyliyə səsləyib.

Samuxda reallaşan tədbirlərə Heydər Əliyev fondunun təşəbüsü ilə inşa edilən 5 və 6 saylı körpələr evindən başlanılıb. Rayon ictimayyətinin nümayədələri hər iki tərbiyyə müəssisəsinin həyətində həmişəyaşıl şam ağacları və müxtəlif meyvə ağacları, yeni gül kolları əkiblər. 10 mindən çox rayon sakininin iştirak etdiyi bayram konsertində isə uşaq musiqi məktəbinin kollektivlərinin ifası maraqla qarşılanıb. Balacalar Fləshmob nümayiş etdiriblər. Konsertdə xanəndələrin muğamları və xor kollektivlərinin çıxışları sakinlərin bayram əhval-ruhiyyəsini daha da yüksəldib.

10 milyonuncu vətəndaşın dünyaya gəlməsi münasibətilə Göygölün park və xiyabanlarında yerli iqlim şəraitinə uyğun gələn ağaclar əkilib. Ardından reallaşan tədbirdə vətəndaşların sayının ilbə-il artması əhalinin sosial rifah halının yaxşılaşdırılması, həyata keçirilən uğurlu islahatlarin nəticəsi kimi qiymətləndirilib. Məğulluğun təmin olunması, infrastruktur layihələrin icrası və yeni iş yerlərinin açılması hesabına mümkün olub. Səsləndirilən milli musiqilər və nümyiş etdirilən rəqslər iştirakçıların bayram ovqatnı artırıb.

Qazaxda da ağacəkmə kampaniyası keçirilib. Heydər Əliyevin adını daşıyan parkda şam tingləri əkilib. Bayram tədbirinə toplanan ictimaiyyət nümayəndələri ölkə əhalisinin sayının artması Azərbaycanda iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən işlərin nəticəsi olaraq dəyərləndirilib. Tədbir şən mahnı və rəqslərlə davam edib. Aşıqların etdikləri qədim el havaları bayram tədbirdə əhval-ruhiyəni artırıb. 10 milyonuncu vətəndaşın dünyaya gəlməsi münasibətilə keçirilən tədbir gənclərin Fləshmobu və əsgərlərin rəqsi ilə başa çatıb.

 

Natiq Hüseyn