• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2290
— 08.04.2019 12:12

Buraxılış imtahanı keçiriləcək

KepezTV Player

Aprelin 14-də Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsəndə yerləşən məktəblərdə ümumtəhsil müəssisələrinin məzunları üçün tam, yəni 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Buraxılış imtahanında iştirak edəcək şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edərək əldə etməlidirlər. Şagirdlər iş nömrəsini təhsil aldıqları məktəbdən öyrənə bilərlər. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı Dövlət İmtahan Mərkəzinin saytından yükləmək olar.