• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 733
— 06.04.2019 20:38

Gəncə Dövlət Dram Teatrı xarici teatrlarla əməkdaşlıq edəcək

KepezTV Player

Mədəni yaradıcılıq əlaqələri, ümumi yaradıcılıq layihələri və rejissor mübadiləsi. Bu  Gürcüstanın Ozurgeti Dövlət Teatrı ilə Gəncə Dövlət Dram Teatrı arasında bağlalanan  yaradıcılıq və dostluq memorundumunda əks olunub. Memorondum aprelin 5-də Bakıda hər iki dövlətin teatrlarının rəhbərləri arasında imzalanıb.

Əli Qasımov Gəncə Dövlət Dram Teatrının direktoru:İldə bir dəfə Gürcüstan teatrı Azərbaycana, Gəncə Dövlət Dram Teatrı isə Gürcüstanın müxtəlif şəhərlərinə səfər edəcək. Öz tamaşaları ilə Gürcüstan tamaşaçılarını, onlar isə Azərbaycan tamaşaçılarını özlərinin yaradıcılığı ilə tanış edəcəklər. Bu əlaqələr teatr və dövlət arası çox təqdirə layiq bir haldır. Çünki bu gün dövlət teatrları, dünya tetarları nə ilə nəfəs alırsa onların bir-biri ilə təmasda olması, dostluq əlaqələri yaratması onların gələcəkdə inkişafına kömək edəcək.

Bundan başqa Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi xaricə qastrol səfərlərinə də hazırlaşır. Kollektiv aprelin 12-də Türkiyənin Adana şəhərində keçirilən Beynəlxalq Teatr festivalında iştirak edəcək. 17-24 mayda isə Ukraynanın Xerson və Komenski şəhərlərində səfərdə olacaq.

Əli Qasımov Gəncə Dövlət Dram Teatrının direktoru: Ukraynada biz 2013-cü ildə teatr festivalın da iştirak etmişik. Gəncə Dövlət Dram Tetarı həmin festival da Qoqolun “Evlənmə” əsəri ilə çıxış etdi. Orada münsiflər heyyətinin qərarına əsasən ən yaxşı kişi obrazına görə eləcədə teatrın rejissoru mükafatlandırıldı. Həmin festivalın münsiflər heyyəti qərara gəliblər ki, Gəncə Dövlət Dram Tetarını növbəti dəfə səfərə dəvət etsinlər.

Tetar qastrollara gürcü yazarı Nodar Dumabadzenin “Hellados” əaəsri əsasında səhnələşdirilən tamaşa ilə yollanır. 90 dəqiqəlik olan səhnə əsrində xalq artisti Pərvanə Qurbanova, Alim Məmmədov, əməkdar artist  Sevda Orucova eləcə də gənc aktyorlar Ruslan Hüseynov, Murad Meyfəliyev, Məhəmməd Cəfərov rol alıb. Tamaşaya quruluşu İradə Gözəlova verib.

İradə Gözəlova teatrın baş rejissoru:Hellados ümumiyyətlə Gürcüstana aid olan bir tamaşa deyildi. Ümumbəşəri bir tamaşadır. Orada Abxaziya Gürcüstan müharibəsi, Krım məsələsi ən əsası da Qarabağ var. Orada bütün köçkün qalmış insanların həsrəti, köçməyə məcbur olmuş insanların həsrətindən söhbət gedirdi. Ona görə bu tamaşa hamını xoşuna gəldi. Ona görədə bu tamaşa Ukraynada gedəcək, Türkiyədə gedəcək. Bu insanların ağrısıdı.

Son 8 ildə xaricdə 17 qastrolda olan teatr bütün səfərlərdən diplom, sertifkat və xatirə hədiyyələri ilə qayıdıb.

Elnur Vahidoğlu