• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 676
— 06.04.2019 20:36

Hacı Hacıyevin 100 illik yubileyi keçirilib

KepezTV Player

Baytarlıq elmləri doktoru, professor Hacı Hacıyevin 100 illik yubileyi Azərbaycan Dövlət Aqrar Universitetində “Baytarlıq elminin inkişafında innovativ texnologiyaların tətbiqi və beynəlxalq əməkdaşlıq” mövzusunda elmi-nəzəri konfransla qeyd edilib. Konfrans iştirakçıları universitetin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsində alimin adına yaradılan xüsusi auditoriya və çalışdığı fakültənin təhsil şəraiti ilə tanış oldular. Milli Məclisin deputatları, şəhərin elm ictimaiyyəti, alimin oğlu Asəf Hacıyev yaradılan şəraiti yüksək dəyərləndiriblər.

Konfransda görkəmli alimin həyat və fəaliyyətindən danışıldı. Hacı Hacıyev görkəmli alim olmaqla yanaşı, təcrübəli, idarəetmə qabiliyyətinə malik şəxsiyyət kimi xarakterizə olunub. Onun insani keyfiyyətləri, baytarlıq sahəsində gördüyü işlər konkret faktlarla dilə gətirilib.

Hacı Hacıyevin böyük və şərəfli fəaliyyəti orden, medal, Fəxri fərmanlarla qiymətləndirilib. 200-ə qədər elmi əsər və məqalələrin müxtəlifi olan professorun dərslik və dərs vəsaitlərindən müəllimlər və tələbələr bu gün də bəhrələnirlər.