• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1993
— 06.04.2019 12:34

“Təmiz hava” aylığı keçirilir

KepezTV Player

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində “Təmiz hava” aylığı keçirir. Məqsəd avtomobillərin istismarı nəticəsində atmosferə atılan qazların insanların sağlamlığına təhlükə yaratmasının, eləcə də havanın çirkləndirilməsinin qarşısının alınmasıdır. Nəzərə çatdırılıb ki, sürücülər istifadələrində olan nəqliyyat vasitələrinin yanacaq sisteminə nəzarət etməklə, saz vəziyyətə saxlamalı və xaric olunan qazlarının tərkibi ekoloji təhlükəsizlik normalarına uyğun olmalıdır. Bildirilib ki, ekoloji təhlükəsiz normalarına cavab verməyən avtomobillər yol polisi əməkdaşları tərəfindən aşkar olunaraq, sürücüləri inzibati məsuliyyətə cəlb olunacaqlar. "Təmiz hava" aylığı aprelin 28-dək davam edəcək.