• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 726
— 06.04.2019 12:29

Könüllülər #Trashtag aksiyasına qoşulub

KepezTV Player

Hər zaman ətraf mühitin mühafizəsi üzrə genişmiqyaslı tədbirlər həyata keçirən İDEA İctimai Birliyi öz yenilikləri ilə daim seçilir. Birlik insan fəaliyyəti nəticəsində çirklənmiş ərazilərin tullantılardan təmizlənməsi prosesinə gəncləri cəlb etmək və təbiətin qorunmasına nail olmaq üçün yeni müsabiqəyə start verib.Sözügedən müsabiqə bütün dünya üzrə təbiətsevər könüllülərin başladığı #Trashtag aksiyası üzrə elan edilib.İDEA İctimai Birliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən bu aksiya respublikamızın bir çox şəhər və rayonlarında olduğu kimi, qazaxlı gənclər tərəfindən rəğbətlə qarşılanıb. Qazax Gənclər Mərkəzinin bir qrup könüllüsü də sözügedən aksiyaya qoşulub. Gənclər aksiya çərçivəsində Qazax rayonun Ağköynək kəndindəki böyük bir ərazini tullantılardan təmizləyib. Yığılan 20 kisəyə yaxın tullantı zibil poliqonuna təhvil verilib. Aksiya iştirakçıları bu cür müsabiqənin təşkil olunmasını yüksək qiymətləndiriblər. İDEA İctimai Birliyi ən yaxşı 5 nəticəni nümayiş etdirən iştirakçını hədiyyələrlə mükafatlandıracaq. Müsabiqəyə aprel ayının 29-da yekun vurulacaq.