• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2200
— 05.04.2019 19:06

Müasir kitablar niyə oxucu sarıdan əziyyət çəkir?

KepezTV Player

Azərbaycanda özünə yazıçı və ya şair deyənlərin sayı yəqin heç vaxt indiki qədər çox olmayıb. Gənc yazıçıların sayı yüzlərlə ölçülür. Amma insanlar onları tanıyırmı? Tanımırsa niyə tanımır? Bu həmin yazıçıların, yoxsa cəmiyyətin – yəni bizim təqsirimizdir?

Eltun Türkel, Gülnarə Sadiq, Cahandar Aybər, Vüsal Hicran, Şəfa Vəli və başqaları... Siyahını biraz da artırmaq olar. Adlarını çəkdiklərimiz Gəncə ədəbi mühitində xüsusi yer tutan gənc yazarlardır. Bu isə öz növbəsində hələ də gənclərin müəyyən qismində ədəbiyyata, şeirə, nəsrə marağının olduğunu bir daha təsdiq edir.

Xəzangül Hüseynova - AYB-nin Gəncə Bölməsinin sədri: “İndiki gənclərin informasiya biliyi həddindən artıqdır və həm də ədəbiyyat həvəsi çox böyükdür. Yaxşı gənc yazarlarımız, şairlərimiz var. Onlar günü-gündən püxtələşir və bizi müəyyən mənada heyrtələndirirlər . Bu cür inkişaf bizi razı salır”.

Sözügedən yazıçılardan biri də Eltun Türkeldir. O, ötən ilin dekabr ayında “Yanan xatirələr” adlı ilk kitabını nəşr edib. Şeirlərində daha çox Vətən, bəşəriyyət və sevgi mövzularına üstünlük verən yazıçı tanınmış qələm əhlindən hər zaman müsbət rəylər alır. Lakin yazıçının gileyləndiyi müəyyən məqamlar da var

Eltun Türkel - yazıçı: “Hal-hazırda demək olar ki, hər şey elektron sistemdədir. Sosial şəbəkələrdən istənilən yazarın əsərini tapıb oxumaq, çox asandır. Elə bu səbəbdən də əvvəlki illərlə müqayisədə indi kitaba maraq azalıb”.

Xəzangül Hüseynova - AYB-nin Gəncə Bölməsinin sədri: “Tutaq ki, feysbukda yazarlardan biri şeirini paylaşır. Ona külli miqdarda bəyənmə gəlir, gözəl şərhlər yazılır. Mənə elə gəlir ki, bütün bunlar həmin gənci razı salır. O bir növ yazısına verilən qiymətə, dəyərə doyur. Sanki onu başqa heç bir şey maraqlandırmır.”

Qələm əhli bu gün gənc yazarların lazımi qədər tanınmamasının əsas səbəbini sosial şəbəkələrdə görür. Əfsuslar olsun ki, hazırda internet vasitəsilə toplanılan auditoriya onları qaneə edir və nəticə etibarı ilə, gənclər tez həvəsdən düşürlər. Bu cür yanaşmanın qarşısını almaq məqsədilə Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsində mütəmadi olaraq, kitab təqdimatları, müxtəlif tədbirlər həyata keçirilir, şairlər, yazıçılar, ədəbiyyat həvəskarları bir araya gəlirlər.

Xəzangül Hüseynova - AYB-nin Gəncə Bölməsinin sədri: “Həftənin 5-ci günləri Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsində gənc yazarların iştirakı ilə mazkirələrimiz olur. Burada yeni şeirlərini, əsərlərini oxuyurlar biz isə onu müzakirə edirik. Həmin müzakirələrdə heç vaxt yalandan tərif demirik. Tərifli şeirin, əsərin özündə də tənqid axtarırıq. Tutaq ki, filan misarad bu sözü başqa cür ifadə etsən, daha yaxşı olardı”.

İstənilən cəmiyyətin mənəvi dəyərlər sisteminin formalaşmasında yazıçıların rolu olduqca böyükdür. Azərbaycanda daim sözün gücünə böyük önəm verilib. Bu torpaq Nizamilər, Füzulilər yetişdirib. əminliklə söyləyə bilərik ki, belə dahilər yenə var və olacaq. Bundan xəbər tutmaq üçün sadəcə olaraq, bu günün yazıçılarının, şairlərinin əsərləri ilə tanış olmaq lazımdır. Bəlkə elə biz yeni bir düha, söz xiridarı ilə bir dövrdə yaşayırıq?