• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1920
— 05.04.2019 15:58

Müsabiqəyə sənəd qəbulu başa çatır

KepezTV Player

Respublikanın ümumi təhsil müəssisələrində müddətli müqavilə ilə işləyən müəllimlərin müddətsiz əsaslarla işə qəbulu üçün elektron sənəd qəbulu bu gün başa çatır. Təhsil Nazirliyindən verilən məlumata görə, aprelin 1-dən start verilmiş müsabiqənin son bitmə zamanı 23:59-dur. İştirak etmək istəyən namizədlər miq.edu.az saytının müvafiq bölməsində qeydiyyatdan keçməlidirlər. Müsabiqələrdə 2017-2018-ci və 2018-2019-cu tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər.