• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1572
— 05.04.2019 16:22

Aprel şəhidi İnqilab Quliyevin xatirəsi Gəncədə məzarı önündə anıldı

KepezTV Player

Gəncədə Aprel döyüşlərinin şəhidi İnqilab Quliyevin xatirəsi məzarı başında anılıb. Gəncə şəhər ictimayəti və şəhidin yaxınlarının qatıldığı anım tədbirində Quliyevin məzarı ziyarət edilib. Vətənin bütövlüyü uğrunda qəhrəmancasına həlak olan hərbiçilərin ruhuna dualar oxunaraq Allahdan rəhmət dilənib. İnqilab Quliyevin keçdiyi şərəfli döyüş yolundan, vətənə, torpağa, bayrağa olan sevgisindən, düşmənə qarşı qatı nifrətindən söz açılıb. Bu gün məhz İnqilab Quliyev kimi igid, cəsur döyüşçülərin sayıqlığı nəticəsində ermənilərin cəbhə boyu həyata keçirmək istədikləri təxribatların qarşısı, Aprel döyüşlərində olduğu kimi, uğurla alınaraq bütün cəhdləri dəf edilir. Azərbaycanın heç vaxt tarixi torpaqlarını erməni vandallarına güzəştə getməyəcəyi dilə gətirilib. Şəhidin ailə üzvlərinin qayğı və problemləri ilə maraqlanılıb.

Çingiz Quliyev - şəhidin atası: Oğlumun uşaqlıqdan öz arzusu idi hərbiçi olmaq. Biz onun qarşısına qarşı çıxmadıq. Naxçıvanskidə oxudu, akademiyanı bitirdi, daha sonra Türkiyədə oxudu. Vətəni qorumaq üçün yetərincə oğullar var. Dövlətimizin diqqəti sahəsində prezidentimizin qayğısı nəticəsində İnqilab kimi Mübariz kimi oğullar yetişir və gələcəkdə də yetişəcək. Bu torpaq heç vaxt düşmən taptağı altında qala bilməz.

Sədaqət Ağayeva - şəhidin anası: Onun hər bir dəqiqəsini xatırlayanda mənə bir ana kimi çox ağırdı. Ağırdı ona görə ki, itgisinə dözə bilmirəm. Ancaq digər yandan fəxr edirəm ki belə bir oğlum var. Və belə bir oğulun iki igid balasınıda özü kimi igid, vətənpərvər böyüdürəm. Buda mənə təsginlik verir.