• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1900
— 05.04.2019 12:27

Məcburi köçkün abituriyentlər üçün DİM-dən hədiyyə

KepezTV Player

Dövlət İmtahan Mərkəzindən abituriyent olan məcburi köçkünlərə jest. İmtahanlara hazırlaşmaq məqsədilə mərkəzin Gəncə bölməsinin əhatə etdiyi rayonlardakı 80 məktəbin şagirdləri üçün 4500 nəşrdən istifadə imkanı verən vəsait paylanıb. Əsasən ucqar və təmas xəttinə yaxın ərazilərdə təhsil alanlar nəşrlərdən pulsuz yararlanacaq.

Kəlbəcərin 43, Xocalının isə 9 orta məktəbi, eləcə də Göygöl, Goranboy və Daşkəsəndəki 28 məcburi köçkün məktəbinin şagirdləri DİM-in nəşrləri ilə təmin edilib.

Nəsimi Məmmədov - DİM-in Gəncə Regional Bölməsinin müdiri: Yaxın günlərdə Goranboy rayonun ən ucqar kəndi olan və təmas xəttində olan Tapqaraqoyunlu kəndində olduq. Orada şagirdlərlə, müəllimlərlə görüş keçirdik. Hansı bir bölgədə abutiriyentlərin elektron ərizələrinin təstiqində müəyyən bir problem yaranırsa, çətinlik yaranırsa DİM əməkdaşı olaraq müraciət edərək onların lazım ola biləcək çətinliklərin aradan qaldırılması və yaxud da elektron ərizələrin təstiq etmək borcumuzdu.

Təqdim olunan nəşrlər içərisində ali və orta ixtisas təhsili müəsisələrinə hazırlıq məqsədi üçün vəsaitlər, abutiriyent jurnallarında yer alan qəbul qaydaları, modul testlər, sinif testləri, test topluları var.

İsmayıl Məhəmmədov - Kəlbəcər Rayon Təhsil Şöbəsinin məsləhətçisi: Gəncə şəhərində yerləşən ümumtəhsil məktəblərimiz bu gün burada iştirak edirlər. Onlar həmin test toplularının məktəblərinə çatdırmaqla bu vəsaitdən istifadə olunmasına köməklik göstərəcəklər. Buraxılış və qəbul imtahanları DİM tərəfindən həyata keçirilir. Onların çap etdikləri dərsliklər bir başa şagirdlərin istifadəsində mühüm rol oynayır.

İsmət Nəcəfov - Kəlbəcər rayon 99 nömrəli orta məktəbin direktoru: Məktəbimiz məcburi köçkünlər üçün salınmış Hacıməlik qəsəbəsində yerləşir. Məktəbimizdə 130-dan artıq şagird təhsil alır. Hər il DİM tərəfindən məktəbimizə pulsuz imtahan vəsaiti verilir. Məktəbimizin ali məktəbə hazırlaşan şagirdləri üçün DİM tərəfindən verilən bu test topluları şagirdlərin köməyinə çatır.

Bu nəşrlər şagirdlərin sayına uyğun olaraq təhsil ocaqlarına verilir. Ali məktəblərə hazırlaşan abutiriyentlər isə məktəbin kitabxanasından bu vəsaitləri əldə edə bilərlər.