• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1744
— 05.04.2019 12:03

İstifadəyə yararsız heyvan cəmdəyi aşkar olunub

KepezTV Player

Xaçmaz rayonunun Armud Padar kəndi ərazisinin meşə zolağında Köhnə asvalt zavod adlanan əraziyə baxış keçirən zaman həmin sahədə 110 kq sümüklü, 36 kq sümükdən ayırılmış mənşəyi məlum olmayan heyvan cəmdəyi, at başı, ayaqları və digər hissələri aşkar olunub. İlkin araşdırma zamanı aşkar olunan ətin orqonoleptik göstəricilərinə əsasən istifadəyə yararsız olduğu müəyyən edilib. Aşkar olunan məlum olmayan ətlər insan istehlakı üçün yararsız və insan sağlamlığı üçün təhlükəli olduğundan agentlik əməkdaşları tərəfindən utilizasiya olunub.