• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1132
— 04.04.2019 19:50

"Kəpəz" növbəti dəfə xal itirdi

KepezTV Player

Bu gün futbol üzrə Azərbaycan I divizionunda 21-ci tura start verilib. İlk oyun günü “Kəpəz” doğma publika qarşısında “Zirə 2”-ni qəbul edib.

Hər iki komanda meydana Gəncə Uşaq Evinin əsgər forması geyinən sakinləri ilə daxil olub. Bununla 3 il əvvəl baş vermiş Aprel döyüşlərində həlak olan şəhidlərimizin xatirəsi və ordumuzun şanlı zəfəri anılıb. Oyuna gəlincə, ilk yarı meydan sahiblərinin üstünlüyü şəraitində keçib. Ancaq qapıya vurulan zərbələr çərçivəyə düşmədiyindən hesab açılmayıb. İkinci hissədə də aktiv olan sarı-göylər sona doğru qola yaxın olublar. Əvvəlcə Ziyabil Məmmədovun zərbəsini qapıçı zərərsizləşdirib. Ardınca Elcan Rəhimovun yerinə yetirdiyi cərimə zərbəsindən sonra yumşaq mərmi torla qovuşsa da, qapıçıya edilən kobudluğu görə qol qeydə alınmayıb. Belədə görüş başladığı kimi – 0:0 hesabıyla başa çatıb.

Bu qarşılaşmadan sonra akitivinə 1 xal əlavə edən “Kəpəz” 19 xalla 11-ci sırada qalıb. Xallarının sayını 13-ə çatdıran “Zirə-2” də yerində sayıb. Bakılılar 13-cü pillədə qərarlaşıblar.

Orxan Cəfərzadə