• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 727
— 04.04.2019 19:39

Goranboyda profilaktik tədbirlərə başlanılıb

KepezTV Player

Profilaktik tədbirlər rayonun bütün ərazisi üzrə mərhələli olaraq həyata keçirilir. Aqrar rayon olan Goranboyda əhalinin əsas məşğuliyyətini və gəlir mənbəyini heyvandarlıq təşkil etdiyindən, fermer və fərdi təsərrüfat sahibləri,  iri və xırdabuynuzlu heyvanlarının profilaktik tədbirlərə cəlb olunmasında maraqlıdırlar.  Tədbirlər planına salınan Qarayara, dabaq, eləcə də çiçək xəstəliyi heyvanlar arasında təhlükəli hesab edilir və vaxtında qabaqlayıcı tədbirlər aparılmazsa tələfata yol açır.

Əlizadə Hümbətov təsərrüfatçı: Hazırda mənim təsərrüfatımda 150 baş xırdabuynuzlu, 10 baş iribuynuzlu heyvanım var. Goranboy rayon baytarlıq idarəsi vaxtı vaxtında gəlib lazım olan bütün peyvəndlərini edir. Kəndlər üzrə ayrılmış həkimləri var. Hər birinində bizdə əlaqə nömrəsi var. Müraciət edirik gəlib lazımı köməyi göstərirlər.

Təsərrüfatçıların profilaktik tədbirlərin həyata keçirilməsində təşəbbüs göstərməsi rayon baytarlarının işinidə asanlaşdırır. Bu baxımdan aparılan marifləndirici tədbirlər də öz bəhrəsini verir.

Elsevər Hüseynov Goranboy Rayon Baytarlıq İdarəsinin rəisi:Heyvandarlı sahəsində xəstəliklərin baş verməməsi üçün Goranboy rayon baytarlıq idarəsinin həkimləri mütəmadi əhali arasında marifləndirmə işi aparır. Xəstəliyin baş verməməsi üçün lazım olan bütün tədbirləri görür. Və bütün bu tədbirlərin keçirilməsində əhali xüsusi olaraq yaxından köməklik göstərir.

Hazırda Goranboyda 41 mindən çox iribuynuzlu 220 min baş xırdabuynuzlu heyvan, 400 min baş ev quşu saxlanılır. Qabaqlayıcı tədbir nəticəsində rayonda epizootik vəziyyət sabitdir.