• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1193
— 04.04.2019 17:22

Tovuzda bir küçədə bir neçə evə girdilər

KepezTV Player

Tovuzda qəribə olay yaşanır. Qovlar şəhərində naməlum şəxslər bir küçədə bir neçə evə giriblər, lakin heç nə əldə edə bilməyiblər. Hiddətlərini isə hər şeyi dağıtmaqla çıxıblar.

Tovuz rayonu Qovlar şəhəri Nizami Gəncəvi küçəsinin sakinləri təlaş içərisindədilər. Onlar hər an növbəti xoşagəlməz halla qarşılaşa biləcəklərindən ehtiyat edirlər. Həftə ərzində bu küçədə bir neçə evdən oğurluğa cəhd edilib.

"Çağırılmayan qonaqlar" evlərdə axtarış aparıb, əllərinə heç nə keçmədikdə isə girdikləri otaqlarda gördüklərini dağıdıb sındırıblar.

Sakinlərin sözlərinə görə, bu cür hallar son bir həftədə bir neçə dəfə təkrarlanıb. Hətta bir küçədə üzbəüz olan iki evə eyni saatda giriblər.

Faktlarla bağlı hüquq-mühafizə orqanına müraciət edilib. Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları sakinlərə bu cür həyəcan yaşadanların axtarışına başlayıblar. Əməliyyat-istintaq tədbirləri aparılır.

Natiq Hüseyn