• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2093
— 04.04.2019 19:08

463 ədəd sursat və 14 mina aşkar olunub

KepezTV Player

Bu gün dünyanın 61 ölkəsində mina və hərbi sursatla bağlı problemlər mövcuddur. Hər 20 dəqiqədən bir mülki və ya hərbi şəxs mina və hərbi sursatın qurbanına çevrilir. Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi başlayandan bu problemi yaşamaqda davam edir. 2004-cü ildən fəaliyyət başlayan Göygöl Regional Təlim Bazası bu günə kimi 2  mindən artıq yerli və əcnəbi mütəxəssis hazırlayaraq mina və partlalamış hərbi sursatların zərəsizləşdirilməsi üçün işlər aparıb. ANAMA tərəfindən bu günə ölkə əazisində 533 milyon kvadarat metrdən artıq ərazidə təmizləmə əməliyyatı aparılıb və 803 min ədəd mina və partlamamış hərbi sursat aşkar olunaraq zərəsizləşdirilib.

Elnur Qasımov ANAMA-nın Təlim və Monitorinq Qrupunun rəhbəri: Bu ilin yanvar, fevral və mart ayları ərazində 463 ədəd sursat  və 14 mina aşkar olunub. Hər gündə bu proses davam edir, qaynar xətt vasitəsilə bizim qruplar bölgələrdə əməliyyatlar keçirirlər. Bu işlər sosial-iqtisadi tərəfdən çox önəmlidir. Mina ucbatından istifadə olunmayan geniş sahələr bu gün artıq həmin ərazilrədə əkin-biçin işləri aparılır.

Cəbhəyanı ərazilərdə mina və hərbi sursatların yaradacağı fəsadlardan yerli əhlaini qorumaq üçün mütamadi olaraq maarifləndirici görüşlər aparılır, ərazilərə mina təhlükəsi haqqında xəbərdaredici məlumatalar vurulur.

Rəsmi statisiklara görə, Dağlıq Qarabağ münaqişə başlayanadan bu günə kimi Azərbaycanda mina və partlamamıç hərbi sursatların partlaması nəticəsində 3 mindən artıq insan zərə görüb ki, onlarında bir qismi dünyasını dəyişib. Bu kimi bədbəxt gadisələrin cəbhəyanı bölgələrədə qarşısını alınması məqsədilə ANAMA həmin bölgələrdə bu kimi maarifləndirici kitabların və braşürlərin təminatını aparır.

Elnur Qasımov ANAMA-nın Təlim və Monitorinq Qrupunun rəhbəri: 1200 məktəbədə 3635 müəllimə 195 təlim kursu keçirilib. Hər il 55 min şagird mina təhlükəsizliyi barədə maarifləndirilir. Bu günə kimi 765 min şagird bu dərslərdə iştia edib. Ümuni bu fəaliyyət nəticəsində mina hadisələrinin azalmasına çox böyük bir göstərici var.

ANAMA-nın Göygöl Regional Təlim Bazasında həmçinin erməni separatçıları tərəfindən çay və kanallar vasitəsilə mütamadi olaraq mülki əhali yaşayan  Azərbaycan ərazilərinə axıdılan partlayıcı qurğuların prototipi hazırlanaraq yerli əhaliyə təbliğ edilir.

Xaliq Qurbanlı