• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2048
— 03.04.2019 19:34

Aprel döyüşlərinə aid poçt markaları

KepezTV Player

Aprel döyüşlərində şücaət göstərən, vətən uğrunda canından keçən zabit və əsgərlərin xatirəsini əbədiləşdirmək, onların qəhrəmanlığını gələcək nəsillərə ötürmək məqsədilə poçt markaları hazırlanıb. Markanın üzərində qrafik şəkildə hərbi kamuflyaj fonunda aprel döyüşlərinin ən əhəmiyyətli uğuru sayılan Lələtəpə yüksəkliyi və Azərbaycan bayrağı təsvir olunub. Səkkiz hissədən ibarət kiçik vərəq şəklində hazırlanan markaların rəssamı Nəriman Məmmədzadədir.