• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2198
— 03.04.2019 15:38

Diplomatların Gəncə ilə tanışlığı yekunlaşıb

KepezTV Player

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Gəncə ilə tanışlığı Xan bağında yekunlaşıb. Şəhər əhalisinin sevimli istirahət məkanını gəzən 60-dan çox ölkəni və beynəlxalq təşkilatları təmsil edən diplomatlar çinarlarla əhatələnən parkda yaşıl teatrı, ilk Azərbaycan sovet ittifaqı qəhrəmanı İsrafil Məmmədovun məzarını, burada fəaliyyət göstərən ictimai iaişə obyektlərini ilə tanış olub, insanların sağlamlığı üçün idman meydançasının yaradılmasını yüksək qiymətləndiriblər. Gəncədən sonra Göygölə yola düşən rəsmi nümayəndələrin rayonla tanışlığı Heydər Əliyev parkından başlayıb. Tarix Diyarşünaslıq Müzeyi kimi fəaliyyət göstərən Lüteran Alman kilsəsindəki eksponatlar, Fürer qardaşları tərəfindən tikilən şərab zavodunda dequstasiya edilən içkilər, alman izlərinin olduğu küçələr, füsünkar təbiəti olan Göygölə səfər xoş təəssuratlar yaradıb.