• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2200
— 03.04.2019 15:24

Tələbələr "Aprel döyüşləri"ndən yazdı

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetində Aprel döyüşləri “Azərbaycan Hərbi məktəbinin şanlı salnaməsidir” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib. 1-ci kurs tələbələri arasında keçirilən müsabiqə Milli Ordumuzun göstərdiyi qəhrəmanlığının növbəti ildönümü ərəfəsində tələbə gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədi daşıyıb. 2016-cı il aprelində Azərbaycanın bütün dünyaya hərbiyyəsinin nəyə qadir olduğunu göstərdiyi vurğulanıb. Azərbaycan əsgərinin yüksək peşəkarlıq və mərdlik nümayiş etdirməsi, düşmənə sarsıdıcı zərbələr endirməsinin qarşı tərəfdə panika və qorxu yaratdığına diqqət çəkilib. 3 il əvvəl cəbhənin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində həyata keçirilən əməliyyatla Azərbaycan ərazi bütövlüyünü təmin etməyə qadir olduğunu nümayiş etdirdi. Bütün bunlar müsabiqə iştirakçılarının fikirlərini tam və dolğun ifadə etmələrinə fürsət yaradıb. Universitet Rektorunun əmrinə uyğun olaraq müsabiqənin qalibləri - 1- ci yer tutan 150 manat, 2- ci yerə layiq görülən 2 nəfər 100 manat, 3-cü olan 3 tələbə isə 80 manat məbləğintə pul mükafatına layiq görülüb. 1 nəfər iştirakçıya fəxri-fərman təqdim edilib.