• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1994
— 02.04.2019 20:36

60-dan çox ölkənin diplomatları Gəncədə

KepezTV Player

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri Gəncəyə səfər ediblər.60-dan çox ölkəni və beynəlxalq təşkilatları təmsil edən diplomatlar şəhərin sosial-iqtisadi, mədəni inkişafı, habelə turizm potensialı ilə yaxından tanış olublar. Qonaqlar Heydər Əliyev Park Kompleksinin ərazisini gəzib, Heydər Əliyev Mərkəzində olublar. Burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyi Ulu Öndərin keçdiyi zəngin həyat yolunu və çoxşaxəli fəaliyyətini dolğun əks etdirir. Diplomatlar dünya şöhrətli Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini və "İmamzadə" Dini Memarlıq Kompleksini ziyarət ediblər. Səfirlər Gəncə Avtomobil Zavoduna da baş çəkərək müəssisənin fəaliyyəti ilə yaxından tanış olublar.Bundan əvvəl isə Samuxda rayonun sosial-iqtisadi və mədəni inkişafı ilə tanışlıq olub.

Gennadi Axramoviç Belarusun Azərbaycandakı səfiri:Ölkənin ikinci böyük şəhərində olmaq, Gəncə ilə tanışlıq olduqca xoşdur. Xüsusilə şəhər iqtisadiyyatının aparıcı müəssisəsi olan avtomobil zavodunda istehsalla tanışlıq şəxsən mənim üçün qürurvericidir. Çünki bu müəssisə Belarus şirkətləri ilə sıx əməkdaşlıq edir.   burada traktorların istehsalı, maz və xüsusi texnikanın yığımı prosesini izlədik. Müəssisəni mən azərbaycanın vizit kartı da adlandırardım. Çünki avtomobil istehsalında ölkə flaqmanıdır. Mənimlə gələn digər ölkələrin  də diplomatları şahidlik etdilər ki azərbaycan təkcə neft ölkəsi deyil, eləcə də maşınqayırma, sənaye istehsalı burada inkişaf edir.

Husnan Bey Fananie İndoneziyanın Azərbaycandakı səfiri: Gəncədə olduğum ilk dəfə deyil. Bura Azərbaycanın ikinci böyük, mədəni şəhəridir. Gəncə dünyanı sevgisi, kitabları, incəsənəti, dili ilə dəyişən Nizami Gəncəvinin yurdudur. Bu şəhər eyni zamanda təhsil, elm mərkəzidir. Və ən nəhayət Gəncə tolerantlıq şəhəridir.

Teruyuki Katori Yaponiyanın Azərbaycandakı səfiri:Yaponiya hökuməti Azərbaycanın regionlarında əsasən su-kanalizasiya sistemlərinin yenilənməsi və tibb məntəqələrinin tikintisi ilə bağlı bir sıra layihələr həyata keçirir. Ona görə də bölgələrdə gedən inkişafla yaxından tanış olmaq imkanı yaranır. Azərbaycan müstəqillik əldə etdikdən sonra sürətlə və güclü şəkildə inkişafa nail olub. Bu səbəbdən mən Azərbaycanı inkişaf etmiş ölkə adlandıra bilərəm.

Dan Stav İsrailin Azərbaycandakı səfiri:Mən artıq üçüncü dəfədir ki, Gəncədə oluram və hər zaman bura gəldikdə çox təsirlənirəm. Gəncə insanlarının çalışqanlığı ilə seçilən bir şəhərdir. Tək paytaxtda deyil, burada da biz çox böyük iqtisadi inkişafı görürük. Gəncə həmçinin kənd təsərrüfatı potensialı olan bir şəhərdir. İsrail şirkəti burada layihə reallaşdırmağa başlayıb. Gələcəkdə az vəsaitlə daha çox məhsul əldə edilməsi nəzərdə tutulur ki, du da ölkə iqtisadiyyatına öz töhvəsini verəcək.