• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 904
— 02.04.2019 16:17

Əhaliyə meyvə və həmişəyaşıl ağaclar paylandı

KepezTV Player

Ekologiya və Təbii Sərvətlər nazirliyi Gəncədə ekoloji aksiya keçirib. “Bu yaz sən də bir təbiyət yarat” adı altınta təşkil olunan aksiyanın əsas məqsədi yaşıllıqların qorunması və zənginləşdirilməsidir. Əhaliyə eldar şamı, alma, armud, heyva və gavalı ağaclarının paylanıldığı yaşıllaşdırma aksiyasına maraq böyük olub. Qısa müddət ərzində 2 mindən çox ağac şəhər sakinlərinə paylanılıb. Aksiya aprelin 8-i növbəti dəfə təşkil olunacaq.

Aynur Abbasova aksiya iştirakçısı:Keçən payız ayında da belə bir aksiya keçirildi, səndə bir ağac ək və qoru. Bu aksiyada da Gəncəlilər xüsusi fəal iştirak etdilər. Mənim çalışdığım orta məktəbin kollektividə bu aksiyada fəal iştirak etdi. 120 ağac əkmişdik. Və həmin ağaclar artıq pöhrə verib. Çox gözəldir. Belə aksiyaların keçirilməsini biz dəstəkləyirik. Bu aksiyalar daima keçirilsin və Gəncəmiz parka çevirilsin.

Firuddin Aslanov aksiya iştirakçısı:biz bu akksiyanı çox gözəl qəbul edirik və bəyənirik. Ağaclarımızı götürüb əkirik. Bu aksiyalar əvvəllərdə olubdu. Bu gün də olur. Gələcəkdə də olmasını arzu edirik. Belə təşəbbüsün olması Gəncəmiz üçün çox gözəldir. Bunu biz bəyənirik və hamımız dəstəkləyirik.