• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 716
— 02.04.2019 12:39

Universitet təmsilçiləri beynəlxalq təlimə qatılıblar

KepezTV Player

Gəncə Dövlət Universitetində Avropa Komissiyasının “Erasmus+” programı üzrə PETRA “Azərbaycan universitetlərində tədris və təlimin təkmilləşdirilməsi”  layihəsi çərçivəsində bir həftəlik beynəlxalq təlimlərə başlanılıb. Təhsil Nazirliyi və ölkənin 7 universitetindən 50-ə yaxın nümayəndənin təmsil olunduğu təlimdə xarici məruzəçilər Azərbaycanın ali təhsil müəssisələrində tədris və təlimin təkmilləşdirilməsi sahəsində Avropa universitetləri ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasından danışıblar.Məhz bu layihənin həyata keçirilməsi ilə universitetin müəllim və doktorantları istənilən sahə üzrə elmi tədqiqatlarını beynəlxalq akkreditasiya olunmuş kitabxanalardan, elm mərkəzlərindən onlayn yararlana biləcəklər. Layihənin gənc tədqiqatçı alimlərin beynəlxalq elmi arenada müasir elmin imkanlarından yararlanmasında böyük köməyi olacaq.

Əbdülrəhman Balluq Xəzər Universitetinin doktorantı: Bu tədrisdə və təhsildə mükəmməlliyi önə çəkən layihədə mənim ikinci iştirakımdır. Tədrisdə İT texnologiyaların tətbiqi və tədqiqatların önəmi barədə məlumatlanmağın hər zaman faydası var. Bu mənim təhsil aldığım menecment və inzibatçılıq ixtisasında olduqca əhəmiyyətlidir.