• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 981
— 01.04.2019 12:10

Evdə partlayış: 2 nəfər yaralanıb

KepezTV Player

Tovuzun Aşağı Öysüzlü kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli fərdi yaşayış evində partlayış baş verib. Yanğın hadisəsi olmasa da partlayış zamanı evdə sahəsi 20 m² olan bir otaq və bitişik talvar uçub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 2 nəfəri dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Səhiyyə Nazirliyinin məlumatına görə, 55 yaşlı Zemfira Qurbanova travmatik şok keçirib, onun diaqnozu yuxarı ətraflarının soyulmuş yarası olub. 27 yaşlı Həsən İmamverdiyevə isə bel fəqərəsinin sınığı diaqnozu qoyulub. Xəstələrin həyatı üçün təhlükə yoxdur. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.