• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1215
— 30.03.2019 13:36

Şəmkirdə beton daşıyan “Kamaz” aşıb, sürücü ölüb

KepezTV Player

Bu gün səhər saatlarında Şəmkir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Keçili kənd sakini 47 yaşlı Eldəniz Qurbanov “KamAZ” markalı avtomobillə “Kraz yolu” adlanan ərazidə hərəkətdə olarkən anidən idarəetməni itirib. Yük avtomobili yolun kənarına aşıb. Sürücü hadisə yerindəcə dünyasını dəyişib. Qəza zamanı avtomobil betonla yüklü olub. Hadisəyə ilkin səbəb kimi havanın yağmurlu və yolun sürüşkən olması göstərilir. Dəqiq səbəblər Şəmkir Rayon Polis Şöbəsinin İstintaq bölməsində aparılan araşdırmalardan sonra bəlli olacaq.

Natiq Hüseyn