• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1204
— 29.03.2019 16:05

Azərbaycan Ordusu dünyada 52-cidir

KepezTV Player

Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur. Bu barədə “Global Firepower” təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı yeni hesabatda bildirilib. Təşkilatın 2019-cu il üzrə siyahısında Azərbaycan Ordusu gücünə görə 52-ci yeri tutub. Cənubi Qafqazın digər ölkəsi Gürcüstan dünyada 85-ci sırada qərarlaşıb, Ermənistan isə 96-cı yerdədir. Dünyanın ən güclü ordusu ABŞ Silahlı Qüvvələridir. Hərbi gücünə görə, Rusiya 2-ci, Çin 3-cü sıradadır. Türkiyə Silahlı Qüvvələri dünyanın 9-cu güclü ordusudur.