• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1622
— 29.03.2019 12:08

Şəkidə maşın ağaca çırpıldı

KepezTV Player

Şəkidə gecə saatlarında bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Şəki sakini 38 yaşlı Taleh Eyvazov "Mercedes" markalı avtomobillə Oğuz istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Maşın yolun kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən Şəki RMX-na çatdırılıb. Müalicəsi xəstəxanın Cərrahiyyə şöbəsində davam etdirilir. Faktla bağlı araşdırma aparılır.