• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1894
— 29.03.2019 12:04

BTQ dəmir yolunun ilk sərnişin qatarı Azərbaycana gəlib

KepezTV Player

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edəcək ilk sərnişin qatarı Gürcüstandan Azərbaycana gəlib. İsveçrənin “Stadler” şirkətinin istehsalı olan 10 vaqondan ibarət qatar martın 24-dən 28-dək Gürcüstanın dəmir yollarında test olunub. Qatar 9 yataqlı və 1 yeməkxana vaqonlarından ibarətdir. Vaqonlar fiziki imkanları məhdud şəxslər üçün də adaptasiya olunub. “Stadler” ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış müqaviləyə əsasən BTQ üçün, ümumilikdə, 30 vaqon hazırlanacaq.