• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1550
— 28.03.2019 16:33

19 kiloqrama yaxın narkotik qanunsuz dövriyyədən çıxarılıb

KepezTV Player

Nəsimi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Sakit Qəhrəmanovu saxlayıblar. Üzərində şəxsi axtarış aparılan zaman 41,025 qram heroin və 17,588 qram satış üçün hazır qablaşdırılmış formada kibrit qutularına doldurulan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Fərid Qasımov Nəsimi RPİ-nin baş müstəntiqi: “Əməliyyat tədbirlərinin davamı olaraq S.Qəhrəmanovunpaytaxt ərazisində kirayədə yaşadığı evə də baxış keçirilib. Oradan isə əlavə olaraq külli miqdarda narkotik vasitə heroin və marixuana aşkar edilərək götürülüb”.

Saxlanılan şəxsin mənzilindən aşkar edilərk narkotik vasitələr ekspertizaya göndərilib. Ekspertizanın verdiyi rəyə əsasən müəyyən edilib ki, mənzildən götürülən heroin 3 kiloqram 15 qram, marixuana  isə 15 kiloqram 575 qramdır. Qəhrəmanov ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib.

Qeyd edilən faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və Sakit Qəhrəmanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.