• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1548
— 28.03.2019 16:28

Qohumunu və qonşusunu bıçaqlayan şəxs saxlanıldı

KepezTV Player

Gəncədə 2 nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Belə ki, ötən gün Gəncə şəhər sakini DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək qonşuları Elvira Hüseynova və Eldar Əliyevi digər qonşusu Amil Hüseynovun bıçaqla vurub qaçdığını bildirib. İlkin araşdırma zamanı məlum olub ki, 38 yaşlı Gəncə şəhər sakini Amil Hüseynov ailə münaqişəsi zamanı qohumu, 28 yaşlı Şəmkir rayon sakini Elvira Hüseynovanı bıçaq zərbələri ilə vuraraq ona döş qəfəsinin və qarın boşluğunun kəsilmiş-deşilmiş yarası xəsarətini yetirdikdən sonra köməyə gələn qonşusu 61 yaşlı Gəncə şəhər sakini Eldar Əliyevi bıçaqlayaraq hadisə yerindən qaçıb.Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Hüseynov şəhər ərazisində gizləndiyi yarım tikilidə tutularaq maddi sübutla birlikdə istintaqa təqdim edilib. Faktla bağlı araşdırmalar aparılır.