• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1072
— 28.03.2019 12:38

Düzgün qulluq bol məhsul deməkdi

KepezTV Player

Martın 20-dən başlayaraq arıçılar arıxanalarda yaz qulluğuna başlayıb. Belə ki, arı yeşikləri təmizlənir, eləcə də digər profilaktik tədbirlər görülür.

Arıxanada ailələrə baxış sakit və günəşli  havada aparılmalıdır. Arı pətəklərinə baxış aparılarkən ailənin gücü, ana arının varlığı və yaxud səmərəliliyi, işçi arıların, yumurta və sürfənin vəziyyəti, yem ehtiyatı yoxlanmalıdır. Yem ehtiyatı az olan pətəklərə şəkər şərbəti vermək lazımdır ki, ana arının yumurtaqoyma qabiliyyəti artsın. Yazda ana arı nə qədər çox yumurta qoyarsa, arı ailəsi güclü, arıların sayı isə çox olar. Bu isə məhsul istehsalında əsas göstərici sayılır.

Asif Kərimov arıçı:2019-cu il üzümüzə çox gözəl açılır. Arıların hamısı qışı çox gumrah çıxıb. Məndə 20-dək yeşiyin döşəməsi deşikdi. Bu modelləri Türkiyədən gətirmişik. Ondan olan arılar tam gumrah qışı çıxarıb. Çox sağlam heç bir xəstəlik nişanəsi yoxdu. Yaxşı araılarda hazırda 6-7 ramka yumurta var. Sevindirici haldır ki, işlərimiz çox yaxşı gedir.Yaz yoxlanışı zamanı pətəklərdə arı xəstəliklərinin olub-olmamasına nəzarət etmək də vacib olan amillərdəndir. Arı xəstəliklərinin vaxtında aşkarlanmaması, xəstəliklərə qarşı mübarizə tədbirlərinin görülməməsi arı ailəsinin məhv olmasına gətirib çıxarır.

Asif Kərimov arıçı:Yaza çıxmış arılara baxdığmız zaman təyin edirik ki, bunun balı çox aşağıdır. Mütləq ona keyk deyilən yəni təmiz balnan, qənd pudrası, çiçək tozu bir azda qaynamış su qatırıq çiçəklərdən hazırlanan məlhəm kimi gənələri tökən çiçəklərdi. Bunları düzəldib arılara veririk. Arı ruhdan düşməyəcək, sürətlə inkişafa gedəcəkdi urək açan olacaq.

Arılara yaz qulluğu aprelin 10-na kimi aparılır. Bundan sonra isə arıların yaz köçürülməsinə başlanılır.

Asif Kərimov arıçı: Aprelin 15-dən nəzərdə tutulur hər il olduğu kimi Samix rayonuna Kürqırağı sahələr aparacağıq. Bizim orada daimi yerlərimiz var. Mənim 200-dən artıq arım olsada mən onları bir yerə yığmıram. İyun ayının 10-15dən sonra dağlara Göygöl rayonun Zurnabad ərazisinə, Daşkəsənin Əmirvar kəndi ərazisinə aparıram. Orada da şəxsi yerim var.

Uzun illərdə arıçılıqla məşğul olan Asif Kərimov yaz qulluğunu qızı ilə birgə edir, həm davamçısı olaraq, həm də yardımçısı.

Mətanət Kərimova arıçı:Bizdə arıçılıq sənəti ailəlikcə davam etdirilir. Babamdam babama, ondan sonra isə atam davam etdirir və bizə öyrədir. Çalışıram ki, atamın sənətini öyrənəm və onun yolunu davam etdirməyi düşünürəm. Nəzəriyyəni illərdi ki, oxuyuram. Sadacə təcrübədə atama kömək edəedə öyrənməyə çalışıram. Arıçılıq elminə də çox böyük həvəsimiz var. Bu babalarımızdan qalan sənətdi. Arıçılıq elmini öyrənib gələcək nəsillərə də çatdırmağı düşünürəm.

Arıçının təsərrüfatında hazırda 175 arı ailəsi var. Ötən il hər arı ailəsindən 10 kiloqramadək bal götürən arıçı təsərrüfatını daha da inkişaf etdirmək fikrindədir.Dövlətin hər arı ailəsinə görə verdiyi 10 manat məbləğində subsidiya bu işdə mühüm töhfədir.

Elnur Vahidoğlu