Gəncə Dövlət Universitetində gənc tədqiqatçı alimlərin beynəlxalq elmi arenada müasir elmin imkanlarından yararlanması üçün yeni imkan yaranıb. Avropa Komissiyasının “Erasmus+” programı üzrə PETRA layihəsi çərçivəsində yaradılan Müasir Təlim Mərkəzindən istifadə etməklə universitetin doktorantları istənilən sahə üzrə elmi tədqiqatlarını beynəlxalq akkreditasiya olunmuş kitabxanalardan, elm mərkəzlərindən onlayn yararlanmaqla apara biləcək.Layihəyə əsasən mütəxəssislərin dəstəyi ilə Avropa Universitetlərində təşkil edilən beynəlxalq təlimlərdə Gəncə Dövlət Universitetinin əməkdaşları da iştirak ediblər. Bununla yanaşı layihənin qrantı hesabına ali məktəbin 5-ci tədris korpusunda yaradılan mərkəzdə müasir avadanlıqlar – kompüterlər, proyektorlar, elektron sistemlər qurulub. Mərkəz öz fəaliyyətini həyata keçirmək üçün kamera, çap qurğuları və virtual reallıq eynəkləri ilə təchiz edilib.
- Baxış: 440