• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2032
— 27.03.2019 19:13

İşə adaptasiya olmaq üçün nə etmək lazımdır?

KepezTV Player

İstirahət günlərindən sonra işə adaptasiya insana çətin gəlir. Kimi bunun səbəbini kifayət qədər istirahət edə bilib lazımi enerjini toplamamaqda görür, kimi də məsələnin sadəcə psixoloji amillə bağlı olduğunu düşünür. Bəs, görəsən istirahətdən sonra işə uyğunlaşmaq üçün nə etmək lazımdır ? İstirahətdən sonra işin ilk gününü “ağır gün” adlandıranlar həmin günlər işdə bir o qədər gözə dəymir, hətta evə getmək üçün dəqiqələri sayırlar. Amma əhvalımızı xoş tutsaq, yəqin belə neqativ situasiyaya düşmərik. Bir də əgər peşəmizi seviriksə, yaxşı olar ki, bəhanələr haqda deyil, faydalı iş əmsalımızı artırmaq barədə düşünək. Biz isə, işlərinizdə uğurlar arzu edirik.