• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1532
— 27.03.2019 12:12

Özbəkistan vətəndaşı Gürcüstandan Azərbaycana keçərkən ölüb

KepezTV Player

Gürcüstan-Azərbaycan sərhədində ölüm hadisəsi baş verib. Trend-in məlumatına görə, "Mercedes Benz Actros" markalı, Özbəkistan qeydiyyat nişanlı yük avtomobili ilə Gürcüstandan "Sınıq Körpü" gömrük postu vasitəsi ilə Azərbaycan ərazisinə keçən Özbəkistan vətəndaşı, 48 yaşlı Alijon Azimov nəqliyyat vasitəsini Qazaxın İkinci Şıxlı kəndi ərazisindəki "TIR" parkında saxlayıb. İş yoldaşına özünü narahat hiss etdiyini deyib. Bir neçə dəqiqə sonra isə vəfat edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirib, meyit daxili və xarici müayinə edilib. Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.