• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 860
— 25.03.2019 17:53

2 yaşlı uşağın üzərinə qaynar su dağılıb

KepezTV Player

Goranboy rayonunda uşaq bədbəxt hadisə nəticəsində xəsarət alıb. 2 yaşlı yerli sakin Zəhra Bəşirzadə yaşadığı evdə ehtiyatsızlıqdan içərisində qaynar su olan qabı üzərinə aşırıb. Nəticədə yanıq xəsarətləri alan uşaq yaxınları tərəfindən xəstəxanaya aparılıb. Həkimlər tərəfindən ona I və II dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub və lazımi tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.