• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1051
— 25.03.2019 17:43

240-dan çox uşaq ürəyindən əməliyyat edilib

KepezTV Player

Ötən il ərzində Azərbaycanda 280 mindən çox xəstə üzərində müxtəlif cərrahiyyə əməliyyatları aparılıb. 2018-ci ildə dövlət hesabına 22 nəfərə böyrək köçürülüb, 12 sümük iliyi transplantasiyası aparılıb. 998 nəfər üzərində kardiocərrahiyyə əməliyyatı icra edilib. Onların 246-sı uşaq olub.Qeyd edək ki, əvvəlki illərlə müqayisədə Azərbaycanda həm uşaqlar, həm də böyüklər arasında ürək qüsurlarından və ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərin sayı artır. Uşaq yaşlarında anadangəlmə ürək qüsurlarına rast gəlmə tezliyi Azərbaycanda da dünyada olduğu kimidir. Bu göstəricilərə görə, 1000 diri doğulan uşağın 8-10-da anadangəlmə ürək qüsuru olur. Artıma səbəb əsasən insanların həyat tərzində baş verən dəyişikliklər, risk faktorlarının artması, qidalanmada təbiilikdən daha çox süniliyə keçiddir.