• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1497
— 20.03.2019 14:44

100-dən çox sakin peyvənd edilib

KepezTV Player

20-40 yaş arası əhalinin qızılca və məxmərək əleyhinə peyvəndləməsinə Göygöldə də davam etdirilir. Martın 5-dən başlanılan profilaktik işlər çərçivəsində bu günədək 100-dən artıq rayon sakini vaksin olunub. Qızılca xəstəliyinin sürətlə yayıldığı, qonşu ölkələrdəki epidimaloji vəziyyət nəzərə alınaraq ölkəyə gətirilən 160 min doza vaksinin 500 dozası rayona göndərilib. Mərkəzi Rayon Xəstəxanası ilə yanaşı poliklinika, kənd sahə xəstəxanaları və tibb məntəqələrində də tətbiq edilən peyvəndləməyə gün ərzində 20-dən çox vətəndaş cəlb edilir. Yaş həddi uyğun gələn hər kəs, heç bir ödəniş etmədən könüllü olaraq peyvənd oluna bilər. Vaxtında həyata keçirilən profilaktik tədbirlər nəticəsində rayonda qızılca və məxmərək xəstəliyinə yoluxma halı aşkar edilməyib.

Eldar Muradov - Göygöl RMX-nin baş həkiminin müavini: Bu hava damcı yolu ilə yayılan bir infeksiyadır. Və bunun özünün çox ağır fəsadları olur. Və həmin ağır fəsadlar gənc və orta yaş həddində olan əhalidə kifayət qədərə fəsadlaşmalar yaradır. Bütün bunları nəzərə alaraq bizdə rayon mərkəzi xəstəxanası olaraq bu işlərə başlamışıq. Mən hesab edirəm ki, aprel ayının sonuna qədər, ehtiyac yaranarsa istənilən sayda olan 20-40 yaş arası əhali qrupunu əhatə eləməyə imkan var.