• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2048
— 19.03.2019 12:29

Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib

KepezTV Player

Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan ərazisinə başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorumaq məqsədi ilə əhaliyə xəbərdarlıq edib.Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiyanın Zabaykal diyarının Krasnokamen rayonu ərazisində dabaq xəstəliyi qeydə alınıb. Bununla əlaqədar, Azərbaycanın baş dövlət baytarlıq müfəttişi tərəfindən sözügedən ərazidən heyvan və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Rusiyanın Zabaykal diyarlarından birbaşa və ya qeyd edilən ərazilərdən tranzit olaraq keçməklə Azərbaycan ərazisinə gələn nəqliyyat vasitələrinin gömrük sərhəd-buraxılış məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət edib.