• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 841
— 18.03.2019 14:58

Bayramda diqqətli olun, həkimlər xəbərdarlıq edirlər!

KepezTV Player

Novruzu bizə sevdirən cəhətlərdən biri də bu bayramda süfrələrin bir-birindən ləziz yeməklər, şirniyyatlarla dolu olmasıdır. Bu məqamda "Gördün yemək, daha nə demək?!" prinsipini əsas tutub, hər təamdan rahatlıqla nuş edirik. Bəzən heç çəkinmədən, yağlı bayram plovunun üstündən hətta, şəkərbura, paxlava da yeyirik. Ən qəribəsi isə odur ki, bu qədər bol kalorili, yağlı, şirin təamların qəbulunun sonradan orqanizmimizə necə təsir göstərməsi barədə düşünmürük... Amma həkimlər xəbardarlıq edir!

Novruz bayramı ənənəvi olaraq bişirilən şirniyyatlar, növbənöv hazırlanan yeməklər ilə də xarakterizə olunur. Təsadüfi deyil ki, Novruz süfrəsini şəkərbura, paxlava kimi şirniyyatlarsız, dolma, dövğa, plov kimi təamlarsız təsəvvür etmək mümkün deyil. Hələ, xonçalara düzülən qoz, fındıq və digər çərəzləri də nəzərə alsaq onda mənzərə bir qədər də dəyişir. Qısa müddət ərzində bu qədər bol kolorili qida qəbulu, rasionumuza olunan ciddi dəyişlik mənfi nəticələrə gətirib çıxarda bilər. Bu baxımdan həkimlər xüsusilə, bayram ərəfəsində qida qəbulu zamanı insanlara bir qədər diqqətli olmağı tövsiyə edirlər.

Şəhla Verdiyeva - həkim: “Bayramda çoxlu kolorili qidaların qəbulu, müxtəliflik, xüsusilə də karbohidratlı qidalardan, şəkərli, unlu məhsullardan həddən artıq istifadə həm kardiovaskulyar, həm endokrinoloji, həm də həzm sistemi cəhətdən bir sıra problemlər yarada bilər. Ani bir karbohidrat yüklənməsi diabet xəstələrində ciddi krizlərə, hiperqlikemi komalara yola aça bilir. Sağlam insanlarda isə artıq çəki, həmçinin diabetə meyilliliyə, insulin dirəncinin yaranmasına səbəb ola bilər”.

Kolorili qidaların qəbulu sağlam insanlar üçün də bir sıra yeni xəstəliklərin yaranmasına səbəb ola bilər. Elə bu səbəbdən də, həkimlər balanslaşdırılmış şəkildə, az-az, tez-tez qida qəbulunu tövsiyyə edir.

Şəhla Verdiyeva - həkim: "Yeməkləri birçeşidli qəbulu tövsiyə olunur. Mümkün qədər çox çeşidləri yeməkləri yeməmək lazımdır. Yeməyin üzərindən şirniyyat məhsulunun qəbulunu məhdudlaşdırmaq, müəyyən müddət keçdikdən sonra az miqdarda qənnadı məhsului qəbul etmək lazımdır. Gün ərzində qəbul edəcəyimiz qidaları bölmək, tək səfərə qəbul etməmək lazımdır”.

Qidaların hazırlanmasında istifadə edilən ərzaqlar da bu baxımdan önəmlidir. Bəzi inqridentləri dəyişməklə qida məhsullarının təbiiliyini müəyyən qədər artırmaq və beləliklə, zərəri minimuma endirmək mümkündür. Məsələn, şəkərin əvəzinə təbii baldan, bəhməzdən, marqarinin yerinə isə kərə yağından istifadə etməklə... O ki, qaldı çoxlarının imtina edə bilmədiyi qənnadı məhsullarına. Onların qəbulu bir mənalı olaraq...

Şəhla Verdiyeva - həkim: "Kolori tərkibinə görə çeşidlənməlidir. Məsələn, söhbət iri ölçülü paxlavadan gedirsə, onu tək səfər yemək absurtdur. Onu gündə sadəcə 1 dəfə, yarım paxlava şəklində, yeməkdən bir neçə saat keçdikdən sonra, digər yeməyə bir neçə saat qalmış qəbul etmək doğrudur. Şəkərbura və digər şirniyyatları isə, tək ədəd yenə də, yeməklər arası qəbul etmək məqsədəuyğundur. Amma çeşidin sayını artırmaq, yanında əlavə qida qəbulu həmin şirniyyatın zərərli cəhətlərini daha da artıracaq”.

İstənilən halda, sağlamlıq amili hamı üçün önəmlidir. Elə bu səbəbdən də, bayram ərəfəsində qida qəbuluna xüsusi diqqət etməliyik. Ən azından, sonradan yarana biləcək fəsadlardan əziyyət çəkməmək üçün...