• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1900
— 18.03.2019 15:38

Bayram günlərində "ASAN xidmət" necə işləyəcək?

KepezTV Player

Novruz bayramı ilə əlaqədar “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində 20-24 mart tarixlərində qeyri-iş günü olacaq. Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, martın 25-dən etibarən isə mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlanmaq olar. Vətəndaşlar iş qrafiki, göstərilən xidmətlərlə bağlı ətraflı məlumatı 108 “Çağrı” mərkəzi vasitəsilə əldə edə bilərlər.