• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1590
— 18.03.2019 12:10

Qadın yanğın zamanı öldü

KepezTV Player

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 20 m² olan dəmir konstruksiyalardan ibarət tikilinin içərisində əşyalar yanıb. Yanğının kəşfiyyatı zamanı 62 yaşlı Elmira Malaxovanın meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Goranboyda da ev yanıb. Hadisə rayonun Hemenli kəndində baş verib. Kənd sakini Faiq Məmmədova məxsus 1 mərtəbəli 6 otaqlı fərdi yaşayış evində qısa qapanma nəticəsində yanğın baş verib. Gecə saatlarında, ev sahiblərinin yatdığı zaman başlayan yanğın qısa zamanda bütün evi bürüyüb. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıb.