• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1320
— 18.03.2019 12:22

Gənc oğlan yük maşınının altında qaldı

KepezTV Player

Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində gənc oğlan bədbəxt hadisə nəticəsində həyatını itirib. 21 yaşlı Əli Abbasov atası ilə meşəyə gedərkən, "ZİL" markalı yük maşını qəfildən aşıb. Nəticədə nəqliyyat vasitəsinin yük yerində olan gənc maşının altında qalıb. O, aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Yük maşınının sürücüsü və Əli Abbasovun atası, İltifat Abbasov isə ciddi xəsarət almayıb. Sərnişinin öldüyünü görən sürücü hadisə yerindən qaçıb. Faktla bağlı araşdırma aparılır.