• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1019
— 16.03.2019 18:20

Ölkəmizi tanıyaq tur-aksiyasının iştirakçıları Göygöldə olublar

KepezTV Player

IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya çıxan Zaqatala, Balakən, Qax, Saatlı və Kürdəmir məktəbliləri Göygöl rayonu ilə tanış olublar. Şəhərlə tanışlıq Heydər Əliyev Mərkəzindən başlayıb. Məktəblilər vaxtilə almanlar tərəfindən salınan küçələri gəzib, Qədim Lütran kilsəsində olublar. Açıq səma altında ölkəmizin multikultural ənənələrinin əks olunduğu muzeyi xatırladan Göygöl şəhəri tur-aksiya iştirakçılarında zəngin təəssürat yaradıb. Məktəblilərin rayonla tanışlığı çərçivəsində səfər etdikləri sonuncu məkan füsunkar təbiət möcüzəsi - Göygöl olub.

Göyçək Məmmədova tur-aksiya işirakçısı:Ölkəmizi tanıya qlayihəsi bizə görmədiyimiz yerləri tanıdır. Bu layihə bizim dünya görüşümüzü artırır. Mən bir Azərbaycan  gənci kimi çox arzu edərdim Xocalıya Laçına Şuşamızada gedək.

Maarif Namazov tur-aksiya iştirakçısı:Biz ölkəmizi tanıyaq adlı layihədə bölgələrimiz haqqında dolğun məlumatlar əldə edirik. Bu gün isə Göygöl şəhərindəyik. Biz Göygöl şəhərinin mədəniyyəti tarixi haqqında dəyərli bilgilərə sahib oluruq.