• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1433
— 16.03.2019 18:09

Həm istirahət, həm sağlamlıq məkanı

KepezTV Player

İki əsrə yaxın yaşı olan və ümumi sahəsi 6 hektara çatan Xan bağı Gəncənin ən tanınan istirahət məkanlarındandır. Burada günün istənilən vaxtında həm istirahət, həm də idman edən, hər yaşda insana rast gəlmək mümkündür. Məhz buna görə də sakinlərin rahatlığı düşünülərək bağın ərazisində idman-məşq qurğuları quraşdırılıb.

Mənsur Orucov şəhər sakini:Əvvələr idmanla məşğul olmaq üçün evimizdən 10 km aralı olan Heydər Əliyev parkında gedirdik. Ancaq indi şəhərimizin mərkəzində, bizlərə uyğun olan yerdə bu gözəl idman qurğuları təşkil edilib.

Elton Bağırov şəhər sakini:Gənclər üçün yaradılan bu şərait həqiqətən də Azərbaycanaın bir daha idman ölkəsi olduğunu sübut edir. Bayram öncəsi uşaqları gəzməyə gətirmişdim bağa fürsətdən istifadə edib hamımız idman elədik, çox gözəl təsürat  bağışladı.

Rəcəbi İbrahim şəhər sakini: Hər gün gəlib parkda idman edirəm. Bundan sonra gəlib burda hər bir qurğudan istifadə edərək sağlamlığımın qeydinə qalacam. Bu qurğuların olması həm gənc nəsilə, həmdə biz yaşlılar üçün əvəzedilməzdir.

Bağın yuxarı hissəsində bir neçə il əvvəl söküntü işləri aparılan ərazi də abadlaşdırılır.

Mikayıl Zeynalov Gəncə şəhər icra hakimiyyəti başcısının müavini:Gəncə şəhər sakinlərinin, qonaqların ən çox sevimli yeri sayılan Xan Bağında təmir işləri aparılır. Bağın bir hissəsində idman qurğuları quraşdırılıb, həmçinin ərazidə yeni yaşıllıqlar salınır və yerə daş örtükləri vurulur.

İdman qurğuları Heydər Əliyev park-kompleksinin ərazisində və Əziz Əliyev parkında da var. Əhali parklarda olan idman qurğularına böyük maraq göstərdiyindən şəhərin digər istirahət məkanlarında da idman-məşq meydançalarının yaradılması nəzərdə tutulur.

Şəhərin Gülüstan qəsəbəsində yerləşən Əziz Əliyev parkında quraşdırılan bu idman qurğuları ərazidə yaşayan insanları həvəskar idmana cəlb etməklə yanaşı, gənc nəslin sağlam ruhda böyüməsinə də öz müsbət təsirini göstərəcəkdir.